Üstünlüklər

  • Sağlam bünövrə
  • Nəfəs alan divarlar
  • Təhlükəsizlik sistemi
  • Sürətli lift
  • Zibil borusu
  • Flexhouse sistemi
  • Avtoparkinq sahəsi
  • Açıq park sahəsi
  • Keyfiyyətli materiallar
  • Servis eyvanları

Binalarımızın sağlam təməl üzərində yüksəlməsi bizim üçün çox önəmlidir. Layihələrimizin tikintisində ATKINS  tələblərinə uyğun olaraq Avropa standartları tətbiq olunduğundan bünövrə altına vurulan svay sayı olduqca yüksəkdir. Belə ki, bütün layihələrimizdə svay sayı binaların ümumi yükündən daha çox ağırlığa uyğun olaraq hesablanıb ki, bu da zəlzələ və ya digər fövqəladə hallarda  seysmik davamlılığı müvafiq dərəcəyə yüksəldir.

Binaların havalandırma xüsusiyyəti olan fasad örtüyündə kimyəvi qatqısız preslənən daş yunundan istifadə olunur. Bu cür fasad örtüyünün nəm tutmaması və yüksək buxar keçiriciliyi divarların diffuziya müqavimətini artırır və nəfəs almasını təmin edir.

  • Gücləndirilmiş yanğın təhlükəsizlik sistemi
  • 2 fərqli istiqamətə çıxışı olan yanğın pilləkəni
  • Bütün mərtəbələrdə yanğın söndürmə və tüstüsovurma sistemi
  • Bütün mərtəbələrdə avtomatik yanğın xəbərverici qurğular
  • Binanın bütün nöqtələrini 24 saat izləyən müşahidə kameraları

Bütün layihələrimizdə İsveçrənin dünyaca məşhur lift və eskalator istehsalçısı olan “Schindler Group” liftlərindən istifadə edirik. 145 illik təcrübəyə sahib şirkətin istehsal etdiyi liftlər təhlükəsizliyi və etibarlılığı, sürətli və komfortlu hərəkəti, geniş və fərah kabinləri ilə fərqlənir. Həmçinin, saniyədə 2,5 metr sürətlə hərəkət edərək zamana qənat edir və hərəkəti asanlaşdırır.

Binalarımızda quraşdırlıan avtomatlaşdırılmış kimyəvi təmizləmə və xüsusi vakum sistemi olan zibil boruları öz-özünə yuylur və ətrafa heç bir qoxu ötürmür. Bütün mərtəbələrə çıxışı olması və onlara ayrılmış xüsusi bölmələrdə yerləşməsi isə binaların təmizliyini və sakinlərin rahatlığını təmin edir.

Huner Group Azərbaycanda ilk dəfə yaşayış və sosial məkanları eyni binada birləşdirən Flexhouse sistemini təqdim edir. Yalnız binada yaşayan sakinlərin istifadəsi üçün nəzərdə tutulan bu xidmət otaqlarını evinizə aid xüsusi sahə kimi istifadə edə biləcəksiniz. Uşaq oyun zalı, kinozal, musiqi otağı, fitness salonu, karaoke otağı, parti otağı, playstation salonu, özəl mətbəx, bilyard salonu kimi müxtəlif növ flex otaqlar rahat istirahətinizi təmin edəcəkdir.

Biz müştərilərimizi mənzil sayından daha çox avtomobil dayanacağı ilə təmin edirik. Belə ki, yeraltı mərtəbələrdə geniş parkinq sahəsi ilə yanaşı eyni zamanda, binaların ətrafında da avtomobillərin dayanması üçün xüsusi ciblər nəzərdə tutulub.  Yeraltı mərtəbələri həmçinin, sakinlərin ehtiyat saxlanc yeri üçün fərdi depolar nəzərdə tutulub.

Sakinlərimizin rahat istirahəti üçün bütün komplekslərimizdə yaşıllıqlarla əhatə olunmuş açıq park sahəsi təqdim edirik. İtaliyadan gətirilmiş xüsusi ağaclar və tökmə torpaqla yetişdirilən dibçək ağacları parka əlavə yaraşıq verir, təbiət motivlərini hiss etdirir. Burada həmçinin, uşaqlar üçün atraksion, oyun meydançası və istirahət üçün oturacaqlar yerləşdirilib.

Bizim üçün keyfiyyət əsla təsadüf deyil. Bütün layihələrimiz ən müasir texnologiyalardan və ən keyfiyyətli tikinti materiallarından istifadə olunaraq işinin peşəkarları tərəfindən inşa edilir. Alman istehsalı REHAU pəncərələri, oda dayanıqlı Türkiyə istehsalı NEXANS elektrik kabelləri, Alman istehsallı OSTENDORF su və kanalizasiya xətləri, Rusiya istehsalı armaturlar komplekslərimizi yaşam üçün ən etibarlı mühitə çevirir.

Kondisionerlərin motoru üçün nəzərdə tutulmuş xüsusi servis eyvanları, satış sahəsinə daxil olmadan bütün mərtəbələrdə istifadəyə veriləcək.