İnsan – əməkdaşlarımız şirkətimizin sahib olduğu əsas dəyəridir.
Biz qanunvericiliyin də tələb etdiyi kimi insanların yaşı, cinsi, inancı və düşüncə fərqliliyindən asılı olmadan onlara hörmətlə yanaşır, qərəzsiz və ədalətlilik prinsiplərinə uyğun şəkildə təklif olunan müvafiq vəzifəni icra etmək üçün bacarığı olan bütün şəxslərlə əməkdaşlıq edirik.
İR vizyonumuz
Vizyonumuz əməkdaşlarımızın qürur duyduqları, fəaliyyət göstərdiyimiz sektorlarda yüksək ixtisaslı insanlar tərəfindən ən çox seçilən şirkət olmaq, bu mövqeyimizi iş həyatında daim qorumaq və davamlılığını təmin etməkdir.
İR missiyamız
Şirkətimizdə əməkdaşlarımız üçün dəyərli olduqlarını hiss etdirən bir iş mühiti formalaşdırmaq, onların ehtiyaclarını və iş məmnuniyyətlərini təmin etmək, korporativ kimliyimiz və hədəflərimiz istiqamətində dayanıqlı insan resursları sistemi qurmaq və davamlılığını təmin etməkdir.