Layihələr

Hünər Şərq

Huner Group-un inşaat layihərindən biri olan "Hünər Şərq" yaşayış kompleksi Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilib. Tikintisi tamamlanan kompleksin müasir üslublu arxitektura konsepsiyası mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti ATKINS tərəfindən hazırlanıb. Kompleks Bakının ən iri parklarından biri olan Nizami Parkının önündə, Bulvar Prospektini əhatəyə alan Park rayonunda yerləşir.

Dəniz səviyyəsindən 27 metr yüksəklikdə yerləşməsi Nizami Parkına, yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına açılan dəniz mənzərəsini təmin edir. "Hünər Şərq" yaşayış kompleksinin əlverişli yerləşməsi Nobel Prospektinə rahat çıxış imkanı verir, oradan da eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev Beynəlxalq Hava Limanına getməyi asanlaşdırır. 20 mərtəbəli kompleksdə yerləşən və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 84 mənzil ən müasir tələblərə uyğun olaraq hazırlanıb. Qeyd edək ki, "Hünər Şərq" yaşayış kompleksinin tikintisi tamamilə yekunlaşıb və bina sakinlərin istifadəsinə verilib.

Sürətli lift: "Hünər Şərq" yaşayış kompleksində İsveçrənin dünyaca məşhur lift və eskalator istehsalçısı olan “Schindler Group” liftlərindən istifadə olunub. Ümumi sayı 3 ədəd olan geniş liftlər sürətini saniyədə 2 metrə çatdıraraq hərəkəti asanlaşdırır.

Özüyuyulan zibil borusu:  Avtomatlaşdırılmış kimyəvi təmizləmə və xüsusi vakum sistemi olan özüyuyulan zibil boruları sakinləri ənənəvi zibil toplanması üsulundan azad edir. Bütün mərtəbələrə çıxışı olması və onlara ayrılmış xüsusi bölmələrdə yerləşməsi isə binanın təmizliyini və sakinlərin rahatlığını təmin edir.

Nəfəs alan divarlar:  Havalandırma xüsusiyyəti olan fasad örtüyündə kimyəvi qatqısız preslənən daş yunundan istifadə olunmuşdur. Bu cür fasad örtüyünün nəm tutmaması və yüksək buxar keçiriciliyi divarların diffuziya müqavimətini artırır və nəfəs almasını təmin edir.

Keramik fasad örüyü:  Ən müasir tikinti texnologiyalarından istifadə olunaraq inşa olunan binada keramik fasad örtüyü ilə üzlənmiş divar təbəqəsi binanın arxitekturasına xüsusi görünüş qatır.

Geniş vestibül və mərmər pilləkənlər:  Binanın girişindəki geniş vestibül və mərmər ilə döşənmiş pilləkənlər uğurlu dizaynı sayəsində məkanın gözəlliyinə rəng qatır. Reseption xidməti ilə təmin olunmuş vestibüldə həmçinin servis arabaları da sakinlərin istifadəsinə verilir.

Yeraltı avtodayanacaq:  Yeraltı mərtəbədə 97 maşının dayanması üçün nəzərdə tutulan parkinq sahəsi yerləşir. Avtoyuma xidməti "Hünər Şərq" yaşayış kompleksində 24 saat xidmət göstərən avtomobil yuma servisi sakinlərin istifadəsinə verilir.

Təhlükəsizlik sistemi: 

  • Gücləndirilmiş yanğın təhlükəsizlik sistemi
  • 2 yanğın çıxış pilləkəni
  • Bütün mərtəbələrdə avtomatik yanğın xəbərverici qurğular
  • Yanğın söndürmə və tüstüsovurma sistemi
  • Binanın bütün nöqtələrini 24 saat izləyən müşahidə kameraları

Servis eyvanları:  Satış sahəsinə daxil olmayan servis eyvanları kondisionerlərin motoru üçün nəzərdə tutulub və binanın bütün mərtəbələrində istifadəyə verilir.

Açıq park ərazisi:  "Hünər Şərq" yaşayış kompleksinin 3-cü mərtəbəsində yerləşən 2000 m2-lik açıq park sahəsi bina sakinlərinin rahat istirahəti üçün nəzərdə tutulub. Burada uşaqlar üçün atraksion, oyun meydançası və şahmat sahəsi yerləşdirilib.

DAHA ÇOX OXU Bağla