Biz kimik?

Xidmət göstərdiyi bütün sahələrdə uğurlu nəticələr əldə edən Huner Group fərqli yanaşması, yaradıcı həlləri, özünəməxsus tərzi və peşəkar komandası ilə müxtəlif layihələr həyata keçirir.

Vizyonumuz

Şirkətin fəaliyyət göstərdiyi sektorlarda, beynəlxalq keyfiyyət standartlarını qorumaq, etibarlı və nüfuzlu marka dəyərimizi ölkəmizdə və dünya arenasında daim artıraraq, davamlılığını təmin etməkdir.

Missiyamız

Xidmət göstərdiyimiz sahələrdə zəngin təcrübələrimizlə iqtisadiyyatın və cəmiyyətin inkişafı üçün əhəmiyyətli işlər həyata keçirən, sektorunda  fərqli yanaşması və keyfiyyəti ilə rəğbət duyulan şirkət imicinə sahib olmaqdır.

Dəyərlərimiz və etik normalarımız

Ünsiyyət və səmimiyyət – Statusundan asılı olmayaraq insanlarla səmimi ünsiyyət içərisində olmaq, insan münasibətlərini dürüstlük, güvənirlilik, nəzakət və etika çərçivəsində qurmaq kollektivimizin ortaq dəyərləridir.

Şəffaflıq, etibarlılıq və ədalətlilik – Biznes etikamız, iş mühitinə yanaşmamız, qərarlarımız, başda əməkdaşlarımız və müştərilərimiz olmaqla ətraf mühitə münasibətimiz şəffaflıq, etibarlılıq və ədalətlilik prinsiplərinə əsaslanır.

Məsuliyyətli olmaq – Biz inanırıq ki, məqsəd və missiyamıza uyğun olaraq gördüyümüz bütün işləri vaxtında və keyfiyyətlə icra etmək məsuliyyətli olmaq deməkdir. Bu bizim başlıca etik normamız və dəyərimizdir.

Komanda ruhu – İşlərimizin icrası, icrasıyla bərabər nəticəsi, məhsuldarlığı və xüsusilə pozitiv iş mühitinin yaradılması üçün komanda işi bizi birləşdirən ən vacib dəyərlərimizdən biridir.

DAHA ÇOX OXU BAĞLA