Layihələr

SumPark

Huner Group Sumqayıt şəhərində yeni layihəsini - “SumPark” yaşayış kompleksini təqdim edir!

Sumqayıt şəhərinin sənaye zonasından uzaqda, ekoloji cəhətdən ən təmiz yerlərindən hesab olunan 10-cu mikrorayonda yerləşən “SumPark” yaşayış kompleksi  9 mərtəbəli 2 binadan ibarətdir.

Kompleskin yaşıllıqlarla əhatə olunan həyətyanı sahəsi avtomobillərin girişinə tamamilə qapalıdır. Burada salınan həyətdaxili park, uşaq oyun meydançaları, gəzinti və velosiped zolaqları sakinlərin rahat istirahəti üçün nəzərdə tutulub. Avtomobillərin parkinqi üçün binaların yeraltı mərtəbəsində dayanacaq yerləri istifadəyə veriləcək.

Hərtərəfli infrastruktura sahib olan “SumPark” yaşayış kompleksinin magistral yollardan kənarda yerləşməsi sakinləri avtomobillərin səs-küyündən uzaq tutacaq. Belə ki, kompleksin ətrafında 2 orta məktəbin, uşaq bağçasının, yaşıllıqlarla əhatə olunmuş geniş park sahələrinin, o cümlədən Sumqayıt Dənizkənarı Bulvarının və Novxanı çimərliyinin yerləşməsi sizə axtardığınız rahatlığı bəşx edəcək. Onu da qeyd edək ki, kompleks Sumqayıt sakinlərinin Bakı və digər ətraf bölgələrlə rahat çıxışını təmin edən Sumqayıt Dəmiryol Vağzalının 700 metr yaxınlığında yerləşir.

Kompleksdə təklif olunan mənzillərlə bağlı ətraflı məlumat almaq üçün aşağıdakə linkə keçid edə bilərsiniz:

https://hunergroup.az/planlar/sumpark-plan-az/

DAHA ÇOX OXU Bağla