Veb səhifələr

“Huner Group” təcili tibbi yardım maşınlarını Silahlı Qüvvələrimizə verdi – FOTO

“Huner Group” Silahlı Qüvvələrimizə yardım məqsədilə şirkətlərinin istifadəsində olan 4 ədəd təcili tibbi yardım avtomobilini həkim və tibbi heyətlə birgə ordumuzun istifadəsinə verib.

İndex.az xəbər verir ki, bu barədə şirkətin rəsmisi Nəsimi Paşayev özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, təcili tibbi yardım avtomobilinin birinin sükanı arxasına isə şirkətin təsisçisi və direktoru Ehtiram  Quliyev özü əyləşib.

“Şəkildə gördüyünüz şəxs “Huner Group”un təsisçisi və direktoru Ehtiram  Quliyevdir. Bu vacib gündə Silahlı Qüvvələrimizə yardım məqsədilə şirkətlərinin istifadəsində olan 4 ədəd təcili tibbi yardım avtomobilini həkim və tibbi heyətlə birgə ordumuzun istifadəsinə verdi. TTY avtomobilinin birinin sükanı arxasına isə özü əyləşdi. Həm də gülə-gülə. Vətən belə oğulları var olduqca daim yaşayacaq, azad olacaq. Qələbə bizimdir!”, deyə N. Paşayev qeyd edib.

img