Tərəfdaşlar

ATKINS

ATKINS şirkəti memarlıq və mühəndis layihələndirilməsi ilə məşğul olur. 1938-ci ildə təsis olunduğu gündən bu günə kimi şirkət dünyanın 200 ölkəsində yüksək təsir bağışlayan layihələr yaratmış və həyata keçirmişdir. Onun ən məşhur layihəsi – Bürc-Əl-Arab – Ginnesin rekordlar kitabına daxil edilmiş, dənizdə inşa olunmuş ən hündür oteldir.

Lala Akkiraz

Lala Akkiraz Interiors incəsənət və elmdən faydalanaraq insan və təbiət motivlərinə üstünlük verən, keçmişdən və bugündən təsirlənərək sağlam gələcək qurmağı qarşısına məqsəd qoyan dizayn prinsipinə sahibdir. Lala və Emre Akkiraz tərəfindən təsis edilən şirkət, daxili dizayn ilə yanaşı mebel və işıqlandırma məhsullarının da dizaynı ilə məşğuldur.

URAL Engineering Co. Ltd.

URAL Engineering Co. Ltd. mühəndislik və tikinti sahələrində həmçinin dizayn və mühəndislik konsaltinqliyində 25 ildən artıq təcrübəyə sahibdir. Şirkət aparıcı Türk, ABŞ və Avropa dizayn və konsaltinq tərəfdaşları ilə işləyir. URAL Amerika Beton İnstitunun, Amerika Mükli Mühəndislər Cəmiyyətinin və Beynəlxalq norma və qaydalar şürasının üzvüdür.

Foster + Partners

Norman Foster «Foster + Partners» şirkətinin təsisçisi və başçısıdır. 1967-ci ildə əsası qoyulmuş bu şirkət hazırda, 20-dən artıq ölkədə emalatxanalara malik olmaqla, ümumdünya səviyyəsində məşhur praktikaya sahibdir. Berlində Reyxstaqın yenidən qurulması, Honq Koqda Honq Koq və Şanxay Bankı, Frankfurtda Kommersbank və Saynsberidə, Noric, Təsviri İncəsənət mərkəzi kimi rəngarəng layihələri lə Foster beynəlxalq səviyyədə tanınmışdır.

F+A Architects

1973-cü ildə əsası qoyulmuş «F+A Architects» Amerika memarlıq bürosu, tikinti işləri aparılmamış ərazilərdə pərakəndə ticarət obyektləri yaratmaqla, habelə ticarət müəssələrinin yerləşdiyi zəif inkişaf etmiş zonaları yenidən qurmaqla və dirçəltməklə, aparıcı mövqeyə çıxmışdır. «F+A Architects», həmçinin kommersiya təyinatlı obyektlərin layihələndirilməsi ilə məşhurdur.