Hər layihəsi ilə keyfiyyət standartlarını yüksəldən Huner Group bu dəfə də səs gətirəcək yeni bir işə imza atır. Şəhərin sıxlığından və səs-küyündən uzaqda, lakin eyni zamanda mərkəzə yaxın yerləşən Xocəsən Residence yaşayış kompleksi sizə arzuladığınız həyat tərzini vəd edir.
Sahib olduğu ideal infrastrukturu və əlverişli yerləşmə mövqeyi ilə fərqlənən kompleks hər biri 14 mərtəbəli 12 binadan ibarətdir. Xocəsən qəsəbəsində, Xocəsən metro stansiyasına və avtobus zolağına 5 dəqiqəlik yerimə məsafəsində inşa olunan kompleksdən şəhər mərkəzinə, Bakı dairəvi yolu ilə ölkənin şimal və cənub regionlarına, o cümlədən Bakının ən böyük ticarət mərkəzləri olan Binə, Sədərək və Abşeron ticarət mərkəzinə tıxacsız, birbaşa çıxış imkanı mümükündür.
Özünəməxsus landşaft örtüyü ilə əhatə olunan bu geniş sahədə təbiətlə harmoniya içərisində yaşamaqdan həzz alacaqsınız. Ərazinin böyük bir hissəsinin yaşıllıq sahəsi üçün ayrılması, dəqiqələrcə fasiləsiz addımlaya biləcəyiniz piyada səkisinin yerləşməsi, həmçinin velosiped həvəskarları üçün ayrıca zolağın salınması sağlam həyat tərzi keçirməniz üçün nəzərdə tutulub. Kompleks daxilində istirahət zonaları, uşaqlar üçün oyun guşələri, geniş futbol meydançası, şahmat sahəsi, və söhbətgahlarda zaman keçirməklə günün yorğunluğunu çıxaracaqsınız. O cümlədən iki mərtəbəli böyük alış-veriş və əyləncə mərkəzi, binaların girişində butiklər, gözəllik salonları, supermarketlər, fitness və spa mərkəzi, kafe və restoranlar gününüzün daha xoş keçməsi üçün xidmətinizdə olacaq. İş görüşmələri və biznes fəaliyyətləri üçün kompleksin daxilində 14 mərtəbəli biznes mərkəzi fəaliyyət göstərəcək.
Yeraltı mərtəbələrdə və kompleks ətrafında yerləşən parkinq sahəsində avtodayanacaq yerləri təklif edilir. Ərazinin bütün əsas nöqtələrini 24 saat izləyən müşahidə kameraları və xüsusi mühafizə xidməti ilə sakinlər özlərini tam güvəndə hiss edəcəklər.
Xocəsən Residence yaşayış kompleksində 30% ilkin ödəniş və daxili kredit şərtlərilə 1, 2, 3 və 4 otaqlı mənzillərə sahib olmaq mümkündür. Ətraflı məlumat üçün 050 371 00 22 və 055 471 00 22 nömrəsi ilə əlaqə saxlaya və ya Huner Group-un Ağ Şəhərdə yerləşən baş ofisini ziyarət edə bilərsiniz.
Kompleksdə təklif olunan mənzillərin planları ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: