Layihələr

Hünər Qüllələri

“Hünər Qüllələri” Azərbaycan tikinti sektorunda öz fərqliliyi ilə seçilməyi hədəfləyən Huner Group-un ən böyük inşaat layihəsidir. Heyranedici dəniz mənzərəsi ilə müştərilərinin zövqünü oxşayacaq “Hünər Qüllələri”nin tikintisi Bakının ən prestijli məkanında – Ağ Şəhər-də sürətlə davam edir. Əlverişli yerləşmə sakinlərə, şəhərin istənilən nöqtəsinə rahat keçidi təmin edən 4  əsas prospektə - Nobel, Babək, Neftçilər və Heydər Əliyev prospektlərinə çıxış imkanı verir. Həmçinin yaxınlıqda Xətai və onun davamı olaraq tikiləcək, şərti adı Y14 olan metro stansiyasının olması daha bir üstünlük yaradır.

Ümumilikdə 83408 mərazini əhatə edən layihənin sadəcə 30 %-i yaşayış sahəsinə aiddir. Geri qalan digər ərazilər isə sakinlərin ehtiyaclarını və rahatlığını təmin etmək üçün planlaşdırılan müxtəlif təyinatlı xidmət sahələri üçün ayrılıb. “Hünər Qüllələri”nin ikisi yeraltı, ikisi yerüstü olmaqla dörd mərtəbəsi ümumi istifadə üçün nəzərdə tutulub. 2 yeraltı mərtəbədə 10000 m2 ərazi ümumi qaraj sahəsi və sakinlərin istifadəsinə veriləcək fərdi depolar üçün hesablanıb. 3-cü mərtəbədən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 premium mənzil və 2 penthouse ən müasir dizaynla, tam təmirli və təmirsiz şəkildə müştərilərinə təqdim ediləcək.  Mənzillərin tam təmirli təqdim edilməsi sakinləri əlavə qayğıdan, maddi və zaman itkisindən, həmçinin təmir prosesinin səs-küyündən uzaqlaşdıracaqdır.

Peşəkar heyət, müasir texnologiya, yüksək keyfiyyətli və brend markalı tikinti materiallarından istifadə olunması layihənin zəmanətlə təhvil verilməsini təmin edir.

DAHA ÇOX OXU Bağla