Новостные порталы

“Paşa Sığorta” “Huner Group”u seçdi – FOTO/VİDEO

“Huner Group” “Paşa Sığorta” ASC-nin baş ofisində təmir-bərpa işləri həyata keçirib.

“Agile” (texnologiya araşdırması və inkişafı) metodu ilə erqonomik standartlara uyğun aparılan təmir-bərpa işləri innovativ inkişaf məhsullarının istifadəsi ilə ofisdə səmərəliliyin artılırılmasına istiqamətləndirilib.

“2021-ci ilin ofisi” nominantına iddialı, loft üslubunda dizayn olunmuş məkanda göz oxşayan rənglərdən istifadə olunub və funksionallığa üstünlük verilib.

Xüsusi dizayn və tərtibata üstünlük verilərək modern üslubda təmir olunan baş ofisdə iki iclas, beş rəhbər otağı geniş yeməkxana, həmçinin, işçilər üçün istirahət və çay guşələri, “coffe-break” sahələri, telefon danışıqları üçün nəzərdə tutulmuş xüsusi səs keçirməyən telefon otaqları hazırlanıb.

1200 kvadrat metr sahəni əhatə edən və 100-dən artıq əməkdaşın çalışacağı məkanda bütün işlər artıq yekunlaşıb və ofis istifadəyə verilib.

Qeyd edək ki, “Agile” metodunu Azərbaycanda ilk dəfə məhz “Huner Group” “Paşa Holding” şirkətlər qrupuna daxil olan “Paşa Sığorta” ASC və “Paşa Həyat Sığorta” ASC ofislərində tətbiq edib.

İşlərin yüksək keyfiyyətlə təhvil verilməsindən məmun qalan “Paşa Sığorta” ASC ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi üçün razılıq da əldə olunub.

Azərbaycanın tikinti sektorunda fərqliliyi ilə seçilən “Huner Group” Bakı Ağ Şəhərdə müxtəlif yaşayış kompleksləri inşa edir. Şirkət, həmçinin, bugünədək əcza deposu, uşaq bağçası, özəl məktəb kompleksi kimi müxtəlif layihələr həyata keçirib.