Bir müddət əvvəl sosial şəbəkələrdə fərqli təbliğatı ilə diqqəti çəkən “Hünər qüllələri” Azərbaycanda bir çox ilklərə iddialıdır. Maraqlıdır ki, bu layihə haqqında ətraflı məlumatı olmayan şəxslər də adını eşidib. Bəs “Hünər qüllələri”nin bu qədər piar edilməsinin başlıca səbəbi nədir?
Bu sualla şirkətin marketinq şöbəsinin rəhbəri Nəsimi Paşayevə müraciət etdik. Həmsöhbətimiz suala sualla cavab verdi:
“Əslində bütün şirkətlər, qurumlar, müəssisələr, hətta insanlar piar olunmaldır. Niyə də olunmasın?”
N.Paşayev deyir ki, əgər xidmət göstərirsənsə, məhsul satırsansa, yəni hansısa iş görürsənsə, mütləq piar olunmalıdır. Piar vasitəsilə digərlərindən fərqin ortaya qoyulur. Təbii ki, söhbət şəffaf iş görənlərdən gedir. Ola bilsin kimsə piara ehtiyac duymasın. Burada mütləq hansısa məqamlar var. Biz də HUNER GROUP olaraq digər tikintişirkətlərindən nə qədər fərqli olduğumuzu ortaya qoyuruq. Yəni reallıq necədirsə, onu göstəririk. Daha çox PR olunmaq daha çox tanınmaq və daha çox məhsul satmaq, xidmət göstərmək mənasına gəlir.
Bəs qeyd olunan fərq, şirkətin üstünlükləri, özəllikləri nədədir? Huner Group hansı xüsusiyyətləri ilə tikinti bazarının lideri olmağa iddialıdır. Nəsimi Paşayev buna da aydınlıq gətirdi:
“Huner Groupun təqdim etdiyi “Hünər Qüllələri” Azərbaycanda ilk dəfə fərqli konsepsiya irəli sürüb. “Hünər Qüllələri” Azərbaycan tikinti sektorunda öz fərqliliyi ilə seçilməyi hədəfləyən Huner Group-un ən böyük inşaat layihəsidir. Dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşən “Hünər Qüllələri”nin tikintisi Bakının ən prestijli məkanında – Ağ Şəhərdə sürətlə davam edir. “1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tədbiq etməkdir”.
Adı çəkilən sistem haqqında məlumat verən həmsöhbətimiz bildirdi ki, patenti yalnız Huner Group-a aid olan Flexhouse sisteminin məqsədi evinizdə olmasını xəyal etdiyiniz, lakin evinizə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq.
Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flexhouse sisteminə uşaq oyun zalı, kinozal, musiqi otağı, karaoke otağı, parti otağı, playstation otağı, qonaq otağı, fitness salonu, özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, iş otağı, sürücü otağı və camaşırxana daxildir.
Ən müasir tikinti texnologiyalarından istifadə olunaraq inşa edilməkdə olan binada İsveçrənin dünyaca məşhur lift və eskalator istehsalçısı olan “Schindler Group” liftlərindən istifadə olunacaq. Ümumi sayı 6 ədəd olan geniş liftlər sürətini saniyədə 2 metrə çatdıraraq öz rəqiblərini geridə qoyur. Hər mərtəbəyə xüsusi çıxışı olan və özüyuyulan zibil boruları isə xüsusi vakum və avtomatlaşdırılmış kimyəvi təmizləmə sisteminə sahibdir.
Binada gücləndirilmiş yanğın təhlükəsizlik sistemi də fəaliyyət göstərəcək. Hər qüllədə 2 yanğın çıxış pilləkəni, bütün mərtəbələrdə yanğın söndürmə və tüstüsovurma sistemi, avtomatik yanğın xəbərverici qurğular və binanın bütün nöqtələrini 24 saat izləyən müşahidə kameraları sakinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə qorunmasını təmin edir.
20 mərtəbəli qüllələrin 3-cü mərtəbəsindən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 premium mənzil və 2 penthouse tam təmirli və ən nəfis dizaynla, 30 % ilkin ödəniş və 36 ayadək faizsiz kreditlə müştərilərə təqdim edilir. Mənzillərin tam təmirli təqdim edilməsi sakinləri əlavə qayğıdan, maddi və zaman itkisindən, həmçinin təmir prosesinin səs-küyündən uzaqlaşdıracaq.
Telefon: (012) 409 00 44/ (050) 409 00 44
Web: www.hunergroup.az
E-poçt: hq@hunergroup.az
Facebook: https://www.facebook.com/hunergroup/
Instagram: https://www.instagram.com/hunergroup
Youtube: https://www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfrKEkn1g