Layihələr

Tədris mərkəzi

Huner Group “Hilal kursları”nın istifadəsi üçün nəzərdə tutulan ofis sahəsində əsaslı təmir-bərpa işləri aparıb. 3 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən ofis 500 m2-lik açıq sahədə əvvəlcədən təstiqlənmiş layihə əsasında hazırlanıb. Belə ki, mərtəbədə otaqların bölgüsü aparılıb və ümumilikdə 15 əsas, 2 texniki otaq və 2 sanitar qovşaq inşa olunub. Ofisdə Türkiyə istehsallı 1 nəfərlik partalarla təmin olunmuş 10 sinif otağı, 1 rəhbər, 1 müəllim, 2 iş otağı və mətbəx yerləşir. Müasir üslubda təmir olunan ofisin tavan və divarlarında daş yunundan istifadə edilərək istilik izolyasiyası işləri aparılıb. Ofis həmçinin, bütün növ avadanlıqlarla təchiz edilib.

DAHA ÇOX OXU BAĞLA