YERLƏŞMƏ

“Hünər Qüllələri” Bakı Ağ Şəhər-in şərqdən qərbə qədər olan yüksəkliyini və Mərkəzi Bulvar küçəsini əhatə edən 20 mərtəbəli binalardan ibarət Park rayonunda yerləşir. Şəhərin sıxlığından və səs-küyündən uzaqda, dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşən rayon Bayraq meydanına, Sahilyanı əraziyə və Bakı buxtasına açılan maneəsiz mənzərəni təmin edir. Əlverişli yerləşmə sakinlərə, şəhərin istənilən nöqtəsinə rahat keçidi təmin edən 4 əsas prospektə – Nobel, Babək, Neftçilər və Heydər Əliyev prospektlərinə çıxış imkanı verir. Həmçinin yaxınlıqda Xətai və onun davamı olaraq tikiləcək, şərti adı Y14 olan metro stansiyasının olması daha bir üstünlük yaradır.