Huner Group-un layihələndirdiyi Brave Kids Uşaq Bağçası ideal infrastruktura sahib, müasir memarlığın mükəmməl nümunələrindən olan Bakı Ağ Şəhər-də yerləşir. Yaxınlığında iki park olan bağçadan Fəvvarələr meydanına və Ağ Şəhər Bulvarına rahat çıxış imkanı var.

Ən müasir standartlara uyğun, zərif dizayna sahib bağça geniş həyəti, rəngarəng otaqları, açıq terası ilə göz oxşayır. 819,9 m2 sahəni əhatə edən 3 mərtəbədən ibarət bağçada ümumilikdə 5 yataq otağı, 5 məşğələ otağı, 8 sanitar qovşaq, 2 qarderob, camaşırxana, texniki otaq və ərzaq anbarı yerləşir. Bağçanın giriş qatında fəaliyyət göstərən reseption xidməti ilə yanaşı, uşaqların sağlamlığını daim nəzarətdə saxlamaq üçün müasir avadanlıqlarla təchiz olunmuş xüsusi həkim otağı, gimnastika və idman zalı, bütün növ mətbəx avadanlıqları ilə təchiz olunmuş yeməkxana var. Binada mərtəbələr arasında bir ədəd dünyaca məşhur İsveçrə markası Schindler lifti quraşdırılıb.

Binanın 171 m2 sahəni əhatə edən açıq teras ərazisində uşaqların əyləncəsi üçün xüsusi oyun sahəsi və atraksionlar yerləşdirilib. Valideynlərin uşaqlarını davamlı olaraq nəzarətdə saxlaması üçün bağçanın bütün nöqtələrini izləyən online müşahidə kameraları 24 saat fəaliyyət göstərir.