FLEXHOUSE SİSTEMİ

“1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tədbiq etməkdir. Klassik yaşayış komplekslərindən olduqca fərqli bir konseptlə çıxış edən Flexhouse sistemi müştərilərinə bir evin içərisinə sığmayan xüsusi otaqlarla komfortlu xidmət sahələri təqdim edir. Patenti yalnız Huner Group-a aid olan Flexhouse sisteminin məqsədi evinizdə olmasını xəyal etdiyiniz, lakin evinizə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə  ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flex otaqları evinizə aid xüsusi bir sahə kimi istifadə edə biləcəksiniz. Flexhouse sisteminə uşaq oyun zalı, kinozal, musiqi otağı, karaoke otağı, parti otağı, playstation otağı, qonaq otağı, fitness salonu, özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, iş otağı, sürücü otağı və camaşırxana  daxildir.