HUNER GROUP-UN BAŞ OFİSİ

Huner Group, Azərbaycan standartlarından tamamilə uzaq olan baş ofisində əməkdaşlarına müxtəlif xidmət sahələri ilə komfortlu işyerləri təqdim edir. Məqsəd, görülən işin keyfiyyətini ən yüksək səviyyəyə qaldırmaq və mehriban kollektiv yaratmaqdır.

“Lala Akkiraz Interiors” şirkəti tərəfindən layihələndirilən ofis, interyer dizayn baxımından Google-un, Facebook-un, Apple-ın dünyaca məşhur ofislərindən heç də geri qalmayan konseptə sahibdir. 3000 m2  sahəni əhatə edən ofisə ilk daxil olduğunuzda sizi geniş və zərif dizaynla bəzədilmiş vestibül və mərkəzdə reseption xidməti qarşılayır. Üst mərtəbədə yerləşən ümumi işçi otağı, toplantı salonları və qonaqlar üçün nəzərdə tutulmuş gözləmə otaqlarının hər biri özünəməxsus üslubla dizayn edilmişdir. Vestibül də daxil olmaqla bütün otaqların təbii bitkilərlə dekor edilməsi ofisdə fərahlığı və təbiət motivlərinin hiss etdirir. Canlı rənglərdən istifadə olunmuş komfortlu oturacaqlar və divanlar ofisin ümumi interyerinə gözəllik qatır.

Bütün bunlarla yanaşı ofis daxilində işçilərin istifadəsi üçün nəzərdə tutulmuş xüsusi istirahət otaqlar da yerləşir. Patenti yalnız Huner Group-a aid Flexhouse sisteminə əsaslanan bu otaqlar kinozal, karaoke otağı, playstation salonu, qapalı mini futbol və basketbol meydançası və azyaşlılar üçün uşaq oyun zalından ibarətdir. Belə ki, işçilər koridorda quraşdırılmış masalarda stolüstü tenis, playstation otağında ən son PS oyunları və qapalı meydançada futbol və ya basketbol oynayaraq stressdən azad ola bilərlər. Xüsusi səs və görüntü sisteminə sahib kinozalda işlədikləri ofis daxilində ən yeni filmləri izləmək şansı qazanırlar. Mükəmməl akustik panellərlə təchiz olunmuş karaoke otağı isə əyləncə üçün ideal məkandır. Həmçinin azyaşlı uşağı olan işçilərin də rahatlığı nəzərə alınıb. Belə ki, onlar ehtiyac olduğu zamanlarda uşaqlarını ofis daxilindəki oyun zalına etibar edərək rahatlıqla öz işlərinə davam edə bilərlər. Ofis daxilindəki geniş və nəfis dizaynlı kafe isə işçilərin və qonaqların xoş zaman keçirməsi üçün nəzərdə tutulub.