“Huner Group” dünyaca məşhur “SCHINDLER”dən 15 lift alır

“Huner Group” dünyanın ən böyük və keyfiyyətli lift-eskalator istehsalçısı olan İsveçrə markası “Schindler Group”la yeni əməkdaşlıq müqaviləsi imzalayıb. Belə ki, “Huner Group”un hazırda “Bakı Ağ Şəhər”də həyata keçirdiyi layihələrində Schindler liftlərindən istifadə olunacaq. 145 illik təcrübəyə sahib şirkətin istehsal etdiyi liftlər təhlükəsizliyi və etibarlılığı, sürətli və komfortlu hərəkəti, geniş və fərah kabinləri ilə fərqlənir.
“Hünər Qüllələri” və “Hünər Park” yaşayış komplekslərində istifadə olunacaq bu liftlər saniyədə 2,5 metr sürətlə hərəkət edərək zamana qənat edir və hərəkəti asanlaşdırır.

“Huner Group”un tikintisi tamamlanmış və yaşayışa hazır binaları – “Altem Tower” və “Park Tower” yaşayış komplekslərinin də hər birində 3 ədəd olmaqla ümumilikdə 6 Schindler lifti quraşdırılıb. Tikintisi davam edən “Hünər Qüllələri”nin hər qülləsində üç ədəd olmaqla, altı, “Hünər Park” yaşayış kompleksində isə hər blokda bir ədəd olmaqla, ümumilikdə doqquz lift quraşdırılacaq.
Binaların yeraltı parkinq sahəsindən etibarən fəaliyyət göstərən liftlər həm sərnişin, həm də yük daşınması üçün nəzərdə tutulub. Yük liftlərinin iki qapılı – ön və arxa qapılarının olması isə böyük ölçülü əşyaların daşınması zamanı yaranacaq disskomfortun qarşısını alır.

Ünvan: Bakı Ağ Şəhər, Park rayonu

Telefon: (012) 409 00 44

             (050) 409 00 44

Web: www.hunergroup.az

E-poçt: info@hunergroup.az

Facebook: https://www.facebook.com/hunergroup/

Instagram: https://www.instagram.com/hunergroup

Youtube: https://www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfr…