"HÜNƏR QÜLLƏLƏRİ"

“Hünər Qüllələri” Azərbaycan tikinti sektorunda öz fərqliliyi ilə seçilməyi hədəfləyən Huner Group-un ən böyük inşaat layihəsidir. Heyranedici dəniz mənzərəsiylə müştərilərinin zövqünü oxşayacaq “Hünər Qüllələri”nin tikintisi Bakının ən prestijli məkanında – Ağ Şəhər-də sürətlə davam edir. Əlverişli yerləşmə sakinlərə, şəhərin istənilən nöqtəsinə rahat keçidi təmin edən 4  əsas prospektə - Nobel, Babək, Neftçilər və Heydər Əliyev prospektlərinə çıxış imkanı verir. Həmçinin yaxınlıqda Xətai və onun davamı olaraq tikiləcək, şərti adı Y14 olan metro stansiyasının olması daha bir üstünlük yaradır.

Ümumilikdə 83408 m2 ərazini əhatə edən layihənin sadəcə 30 %-i yaşayış sahəsinə aiddir. Geri qalan digər ərazilər isə sakinlərin ehtiyaclarını və komforunu təmin etmək üçün planlaşdırılan müxtəlif təyinatlı xidmət sahələri üçün ayrılmışdır. “Hünər Qüllələri”nin ikisi yeraltı, ikisi yerüstü olmaqla dörd mərtəbəsi ümumi istifadə üçün nəzərdə tutulmuşdur. 2 yeraltı mərtəbədə 10000 m2 ərazi ümumi qaraj sahəsi və sakinlərin istifadəsinə veriləcək fərdi depolar üçün hesablanmışdır. 3-cü mərtəbədən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 premium mənzil və 2 penthouse ən müasir dizaynla və tam təmirli şəkildə müştərilərinə təqdim ediləcək.  Mənzillərin tam təmirli təqdim edilməsi sakinləri əlavə qayğıdan, maddi və zaman itkisindən, həmçinin təmir prosesinin səs-küyündən uzaqlaşdıracaqdır.

Peşəkar heyət, müasir texnologiya, yüksək keyfiyyətli və brend markalı tikinti materiallarından istifadə olunması layihənin zəmanətlə təhvil verilməsini təmin edir. Premium mənzillər tam təmirli və ən nəfis dizaynla, 30 % ilkin ödəniş və 36 ayadək faizsiz kreditlə müştərilərinin yolunu gözləyir. “Hünər Qüllələri”ndən mənzil almaq istəyən hər bir kəs ofisimizə yaxınlaşaraq həm alacağı mənzillərlə, həm də Flex otaqlarla əyani şəkildə tanış ola biləcəklər. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə Flex otaqlar yolunuzu gözləyir.