Müştəri məmnuniyyətini ən yüksək səviyyədə qarşılamağı hədəfləyən Huner Group Azərbaycan tikinti sektorunda özünəməxsusluğu ilə seçilən layihələr təqdim edir. Tikintisinə sürətlə davam edən “Hünər Qüllələri” layihəmizin önəmli tərkib hissəsidir. Dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşən “Hünər Qüllələri” Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilir. Huner Group-un Azərbaycan standartlarından kənar baş ofisi ayrılıqda bir memarlıq nümunəsidir. “Lala Akkiraz Interiors” şirkəti tərəfindən layihələndirilən ofis, interyer dizayn baxımından Google-un, Facebook-un, Apple-ın dünyaca məşhur ofislərindən heç də geri qalmayan konsept təqdim edir. Bununla yanaşı Bakı Ağ Şəhər-də tikintisi tamamlanmaq üzrə olan “Park Tower” və “Altem Tower” də Huner Group-un seçilən layihələrindəndir. Binalar Bakının ən iri parklarından biri ilə qonşuluqda olan və Bulvar Prospektini əhatəyə alan Park rayonunda yerləşir. Binaların dəniz səviyyəsindən 25 metrdən çox yüksəklikdə yerləşməsi Nizami Parkına, yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına açılan heyranedici mənzərəni təmin edir.
“Hünər Qüllələri” Bakı Ağ Şəhər-in şərqdən qərbə qədər olan yüksəkliyini və Mərkəzi Bulvar küçəsini əhatə edən 20 mərtəbəli binalardan ibarət Park rayonunda yerləşir. Şəhərin sıxlığından və səs-küyündən uzaqda, dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşən rayon Bayraq meydanına, Sahilyanı əraziyə və Bakı buxtasına açılan maneəsiz mənzərəni təmin edir. Əlverişli yerləşmə sakinlərə, şəhərin istənilən nöqtəsinə rahat keçidi təmin edən 4 əsas prospektə - Nobel, Babək, Neftçilər və Heydər Əliyev prospektlərinə çıxış imkanı verir. Həmçinin yaxınlıqda Xətai və onun davamı olaraq tikiləcək, şərti adı Y14 olan metro stansiyasının olması daha bir üstünlük yaradır.

SUALINIZI BİZƏ YAZIN