Huner Group-un layihələndirdiyi əcza deposu kompleksi Babək prospektində yerləşir. Ümumilikdə 22 sot ərazinin 632,7 m2-lik sahəsi depo kompleksini əhatə edir. Kompleksin 406,7 m2 hissəsi tibbi məhsulların saxlanması üçün nəzərdə tutulan anbar sahəsi üçün ayrılıb. Geri qalan 226 m2-lik ərazi isə müxtəlif məqsədli xidmət otaqları üçün nəzərdə tutulub. Belə ki, kompleksdə anbardar otağı, istirahət otağı, dərman vasitələrinin saxlanması üçün xüsusi otaqlar, geyinmə otağı və sanuzel yerləşir. Kompleksdə həmçinin, ümumilikdə 524,3 m2 sahəni əhatə edən zirzəmi qatı mövcuddur.

Qeyd edək ki, kompleksin daxilində 108,4 m2 ərazini əhatə edən ofis sahəsinə də yer verilib. Ən müasir texniki avadanlıqlarla təchiz olunan ofis müasir üslubda dizayn olunub. Ofisin giriş hissəsində məlumat guşəsi, həmçinin, iclas otağı, kiçik mətbəx və iş otaqları yerləşir.
Kompleksdə avtomatik yanğın xəbərverici qurğular, yanğınsöndürmə balonları və yanğın şkafları fəaliyyət göstərir. Ərazinin bütün nöqtələrini 24 saat izləyən müşahidə kameraları, kamera otağı və xüsusi mühafizə xidməti təhlükəsizliyi ən yüksək səviyyədə qoruyur. Kompleksin həyatyanı sahəsində 250 m2-lik istehsalat sexi, soyuducu generatorlar və geniş avtoparkinq yerləşir.