ALTEM TOWER

Huner Group-un inşaat layihərindən biri olan Altem Tower yaşayış kompleksi Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilib. Tikintisi tamamlanan kompleksin müasir üslublu arxitektura konsepsiyası mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti ATKINS tərəfindən hazırlanıb. Kompleks Bakının ən iri parklarından biri olan Nizami Parkının önündə, Bulvar Prospektini əhatəyə alan Park rayonunda yerləşir. Dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşməsi Nizami Parkına, yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına açılan dəniz mənzərəsini təmin edir. Altem Tower yaşayış kompleksinin əlverişli yerləşməsi Nobel Prospektinə rahat çıxış imkanı verir, oradan da eyniylə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev Beynəlxalq Hava Limanına getməyi asanlaşdırır.

20 mərtəbəli kompleksdə yerləşən və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 84 mənzil ən müasir tələblərə uyğun olaraq hazırlanıb. Qeyd edək ki, Altem Tower yaşayış kompleksinin tikintisi tamamilə yekunlaşıb.

Sürətli lift

Altem Tower yaşayış kompleksində İsveçrənin dünyaca məşhur lift və eskalator istehsalçısı olan “Schindler Group” liftlərindən istifadə olunub. Ümumi sayı 3 ədəd olan geniş liftlər sürətini saniyədə 2 metrə çatdıraraq  hərəkəti asanlaşdırır.

Özüyuyulan zibil borusu

Avtomatlaşdırılmış kimyəvi təmizləmə və xüsusi vakum sisteminə sahib özüyuyulan zibil boruları sakinləri ənənəvi zibil toplanması üsulundan azad edir. Bütün mərtəbələrə çıxışının olması və onlara ayrılmış xüsusi bölmələrdə yerləşməsi isə binanın təmizliyini və komfortunu təmin edir.

Nəfəs alan divarlar

Havalandırma xüsusiyyəti olan fasad örtüyündə kimyəvi qatqısız preslənən daş yunundan istifadə olunmuşdur. Bu cür fasad örtüyünün nəm tutmaması və yüksək buxar keçiriciliyi divarların diffuziya müqavimətini artırır və nəfəs almasını təmin edir.

Keramik fasad örüyü

Ən müasir tikinti texnologiyalarından istifadə olunaraq inşa olunan binada keramik fasad örtüyü ilə üzlənmiş divar təbəqəsi binanın arxitekturasına xüsusi görünüş qatır.

Geniş vestibül və mərmər pilləkənlər

Binanın girişindəki geniş vestibül və mərmər ilə döşənmiş pilləkənlər uğurlu dizaynı sayəsində məkanın gözəlliyinə rəng qatır. Reseption xidməti ilə təmin olunmuş vestibüldə həmçinin servis arabaları da sakinlərin istifadəsinə verilib.

Yeraltı dayanacaq

Yeraltı mərtəbədə 138 maşının dayanması üçün nəzərdə tutulan parkinq sahəsi yerləşir.

Qadın və uşaq mərkəzi

Binanın 2-ci mərtəbəsində 20000 m2-dən geniş ərazini əhatə edən qadın və uşaq mərkəzi yerləşir.

Avtoyuma xidməti

Altem Tower yaşayış kompleksində 24 saat xidmət göstərən avtomobil yuma servisi sakinlərin istifadəsindədir.

Təhlükəsizlik sistemi

  • Gücləndirilmiş yanğın təhlükəsizlik sistemi
  • 2 yanğın çıxış pilləkəni
  • Bütün mərtəbələrdə avtomatik yanğın xəbərverici qurğular, yanğın söndürmə və tüstüsovurma sistemi
  • Binanın bütün nöqtələrini 24 saat izləyən müşahidə kameraları

Servis eyvanları

Kondisionerlərin xarici bölmələri üçün nəzərdə tutulan servis eyvanları satış sahəsinə daxil olmadan nəzərdə tutulub və binanın bütün mərtəbələrində istifadəyə verilib.

Açıq park ərazisi

Altem Tower yaşayış kompleksinin 3-cü mərtəbəsində yerləşən 2000 m2-lik açıq park sahəsi bina sakinlərinin rahat istirahəti üçün nəzərdə tutulub. Burada uşaqlar üçün atraksion, oyun meydançası və şahmat sahəsi yerləşdirilib.