Müxtəlif sahələrdə uğurlu işlərə imza atmış Huner Group bugün çox fərqli bir konseptlə çıxış edərək peşəkar komandası ilə yepyeni layihələr həyata keçirməkdədir. Müştəri məmnuniyyətini ən yüksək səviyyədə qarşılamağı hədəfləyən Huner Group Azərbaycan tikinti sektorunda özünəməxsusluğu ilə seçilən layihələr təqdim edir. Tikintisinə sürətlə davam edən “Hünər Qüllələri” layihəmizin önəmli tərkib hissəsidir. Dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşən “Hünər Qüllələri” Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilir.

Huner Group-un Azərbaycan standartlarından kənar baş ofisi ayrılıqda bir memarlıq nümunəsidir. “Lala Akkiraz Interiors” şirkəti tərəfindən layihələndirilən ofis, interyer dizayn baxımından Google-un, Facebook-un, Apple-ın dünyaca məşhur ofislərindən heç də geri qalmayan konsept təqdim edir. 3000 m2  sahəni əhatə edən ofisin hər güşəsi təbii bitkilərdən və canlı rənglərdən istifadə olunaraq özünəməxsus üslubla dizayn edilmişdir.

Bununla yanaşı Bakı Ağ Şəhər-də tikintisi tamamlanmaq üzrə olan “Park Tower” və “Altem Tower” də Huner Group-un seçilən layihələrindəndir. Binalar Bakının ən iri parklarından biri ilə qonşuluqda olan və Bulvar Prospektini əhatəyə alan Park rayonunda yerləşir. 20 mərtəbəli hündür binalar sırası kimi layihələndirilmiş rayon, paytaxtın tarixi mərkəzindən 4 km məsafədəki yüksəkliyini əhatə edir. Binaların dəniz səviyəsindən 25 metrdən çox hündürlükdə yerləşməsi Nizami Parkına, yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına açılan heyranedici mənzərəni təmin edir.