XÜSUSİYYƏTLƏR

Sağlam bünövrə

Binanın tikintisində ATKINS layihəsinin tələblərinə uyğun olaraq Avropa standartları tətbiq olunduğundan bünövrə altında 600 svaydan istifadə olunur. Svay sayının yerli standartlardan 60% çox olması zəlzələ anında binanın hər nöqtəyə düşən çəkisinin 50 % artmasına baxmayaraq ağırlığa tab gətirməsi deməkdir. Bu da 8 ballıq seysmik davamlılığa bərabərdir.

Nəfəs alan divarlar

Havalandırma xüsusiyyəti olan fasad örtüyündə kimyəvi qatqısız preslənən daş yunundan istifadə olunmuşdur. Bu cür fasad örtüyünün nəm tutmaması və yüksək buxar keçiriciliyi divarların diffuziya müqavimətini artırır və nəfəs almasını təmin edir.

Təhlükəsizlik sistemi

  • Gücləndirilmiş yanğın təhlükəsizlik sistemi
  • Hər qüllədə 2 yanğın çıxış pilləkəni
  • Bütün mərtəbələrdə yanğın söndürmə və tüstüsovurma sistemi
  • Bütün mərtəbələrdə avtomatik yanğın xəbərverici qurğular
  • Binanın bütün nöqtələrini 24 saat izləyən müşahidə kameraları

 

Sürətli lift

“Hünər Qüllələr”ində İsveçrənin dünyaca məşhur lift və eskalator istehsalçısı olan “Schindler Group” liftlərindən istifadə olunacaq. Ümumi sayı 6 ədəd olan geniş liftlər sürətini saniyədə 2 metrə çatdıraraq öz rəqiblərini geridə qoyur.

Zibil borusu

Avtomatlaşdırılmış kimyəvi təmizləmə və xüsusi vakum sistemi olan özüyuyulan zibil boruları ətrafa heçbir qoxu ötürmür. Bütün mərtəbələrə çıxışı olması və onlara ayrılmış xüsusi bölmələrdə yerləşməsi binaların təmizliyini və komforunu təmin edir.

Fərdi depolar

Yeraltı mərtəbələrdə 116 fərdi depo sakinlərin ehtiyat saxlanc yeri üçün nəzərdə tutulub.

Parkinq

“Hünər Qüllələri”, müştərilərinə mənzil sayından daha çox avtomobil dayanacağı təqdim edir. 168 mənzilin sakinləri ümumi sahəsi 10000 m2 olan 214 dayanacaq yerindən istifadə edə biləcək. Eyni zamanda binanın ətrafında da avtomobillərin dayanması üçün ciblər nəzərdə tutulub.

Təbii işıqlı vestibül

Ümumi sahəsi 403 kv/m olan geniş və təbii işıqlı vestibül, uğurlu dizaynı sayəsində məkanın gözəlliyinə rəng qatır. Burada həmçinin reseption və servis arabaları da sakinlərin istifadəsinə veriləcək.

Alman keyfiyyətli pəncərələr

Binada Almaniyanın dünyaca məşhur REHAU pəncərələrindən istifadə olunacaq. Daxili tempraturu yüksək səviyyədə qoruyan bu pəncərələr açıq havanın maneəsiz görüntüsünü təmin edir.

Servis eyvanları

Kondisionerlərin motoru üçün nəzərdə tutulmuş xüsusi servis eyvanları, satış sahəsinə daxil olmadan bütün mərtəbələrdə istifadəyə veriləcək.